«Şahdağ» Turizm Mərkəzi mövsümünü açıq elan edir
“Şahdağ” Turizm Mərkəzi iyunun 11-dən yay mövsümünü açıq elan edir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu il turizm mərkəzinə məxsus hazırda beş ulduzlu “Şahdağ Hotel və Spa” otelində qiymətlərində keçən illə müqayisədə 25 faiz ucuzlaşma var. Amma qiymətlər hələ də çox yüksəkdir.
Turan-ın otelin saytından (http://shahdag.az/ru/) əldə etdiyi məlumata görə, bu mehmanxanada 1 nəfərin bir günlük qalması 109 manata başa gəlir və otağın növündən asılı olaraq 244 manatadək yüksələ bilər. Buraya yalnız qalma və səhər yeməyi daxildir. İki nəfərlik nömrənin qiyməti isə 125 manatdan başlayır və 285 manatadək qalxa bilər. İki nəfərin 3 günlük qalma xərci 270-590 manat arasında dəyişir.
“Şahdağ Hotel və Spa” otelində 4 kateqoriya, həmçinin Superior, Junior Suite və Presidential Suite kateqoriyası daxil olmaqla 173 qonaq otağı təklif edilir. “Şahdağ” Turizm Mərkəzində yay mövsümü iyun ayından sentyabr ayına kimi davam edir. 08B
-
- Cəmiyyət
- 9 İyun 2016 14:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz