Tofig Yagublu
Tofiq Yaqublunun ölkədən çıxmasına yenə icazə verilməyib
Bakı/28.10.22/Turan: Azərbaycan Ali Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun kassasiya şikayətini təmin etməyib.
Şərti olaraq mühakimə edilmiş Yaqublu 2021-ci ilin yayında ölmək üzrə olan anası ilə vidalaşmaq üçün Gürcüstana getməsinə icazə verilməsini xahiş edib. Suraxanı rayon məhkəməsi işə baxarkən qadın vəfat edib. Bu zaman Yaqublu dəfndə iştirak üçün getməsinə icazə verilməsini istəyib. Amma ona icazə verilməyib. Yaqublu Bakı Apellyasiya Məhkəməsinə şikayət verib, yenə imtina cavabı alıb. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, qeyd edilən qərarı qüvvədə saxlayıb.
"Bu ölkədə məhkəmə yoxdur. Sadəcə olaraq, bir ailəyə xidmət edən qrup var, hakimlər isə bu sistemin qullarıdır", deyə Yaqublu məhkəmədə bildirib.
Vəkil Aqil Lahıc məhkəmədən Yaqublunun heç olmasa anasının məzarını ziyarət etməsinə icazə verilməsini xahiş edib. Onun sözlərinə görə, Yaqublu AİHM-yə müraciət edəcək.
* Yaqublu 2020-ci ilin martında saxta xuliqanlıq ittihamı ilə həbs edilib.
2020-ci il sentyabrın 3-də Nizami Rayon Məhkəməsi onu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Uzunmüddətli aclıq aksiyasından sonra sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi onun barəsində qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. İyulun 15-də Bakı Apellyasiya Məhkəməsi azadlıqdan məhrumetmə cəzasını şərti cəza ilə əvəz edib. 06В
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz