Üç nəfər sərhəd pozucusu saxlanılıb
Üç nəfər sərhəd pozucusu saxlanılıb
Yanvarın 17-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşları Vəli Nur Xan (1998-ci ildə anadan olub) və Vahab Abdul Tauzil (2001-ci ildə anadan olub) saxlanılıblar. Bu barədə Dövlər Sərhəd Xidmətinin məlumatında deyilir.
Saxlanılan şəxslərin ölkə ərazisindən istifadə edərək, dövlət sərhədini pozaraq qanunsuz yollarla qeyri-leqal miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Dövlət sərhəddini pozmaqla daha bir qeyri-leqal miqrasiya faktı Neftçala rayonu istiqmatində müəyyən edilib.
Belə ki, yanvarın 15-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən Neftçala rayon sakini Eldəniz Müstafayev saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еdir.
-
- Siyasət
- 18 Yanvar 2024 16:03
Cəmiyyət
-
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə üzrə genişmiqyaslı meşə bərpa səyləri barədə məlumat verərək, meşə ərazilərinin genişləndirilməsi məqsədilə on minlərlə ting əkildiyini açıqlayıb. Lakin tənqidçilər nazirliyin eyni zamanda özəl şirkətlərə torpaq icarəyə verməklə meşələrin qırılmasına şərait yaratdığını iddia edirlər.
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
Rəy yaz