İlqar Məmmədov: “Mikrosahibkarların vergi öhdəliyi 1 faizə endirilməlidir”
İlqar Məmmədov: “Mikrosahibkarların vergi öhdəliyi 1 faizə endirilməlidir”
Respublikaçı Alternativ Partiyasının sədri mikrosahibkarların vergi öhdəliyinin 20 faizdən 1 faizə endirilməsi təklifilə çıxış edib.
İlqar Məmmədov öz teleqram- kanalında bildirib ki, Azərbaycanda mikrosahibkar kimi qeydiyyatdan keçən 350 min vətəndaş var.
“Bu il, parlament seçkisi ilində hökumət sizin verginizi 5 faizdən 20 faizə qədər artırdı. Siz bunu səsverməyə gedərkən unutmamalısınız. Bu hökumətin siyasətinə qarşı çıxış edən REAL Partiyasinın rəhbəri olaraq əminliklə bildirirəm ki, bu verginin 1 faizdən yuxarı olmasının heç bir iqtisadi mənası yoxdur. Verginin 20 faizə qaldırılmasının sizə və bütövlükdə iqtisadiyyata zərəri var. Bu vergini bu ilin aprelində ilk dəfə ödəyəndə parlament seçkisində REAL Partiyasına səs verəcəyinizi xatırlayın. Biz bu vergini 1 faizə endirəcəyik”, - İlqar Məmmədov qeyd edib.
Xatırladaq ki, çoxsaylı tənqidlərə və ekspertlərin verginin artırılmasının əleyhinə çıxışlarına baxmayaraq, ötən ilin dekabrında Milli Məclis mikrosahibkarların vergi yükünün 5 faizdən 20 faizə qaldırılması barədə qanuna dəyişiklikləri qəbul edib.
Dövlət başçısı bu düzəlişləri təsdiq edib. Hakimiyyətin bu qərarı sosial şəbəkələrdə narazılığa səbəb olub.
Rəy yaz
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
1 rəy
Sabah
2024-01-19
Тем кто рисует голоса, есть ли необходимость считать их? И уж тем более волноваться, кто и за кого будет голосовать? Если Мамедов хочет подчеркнуть о наличии честных выборов, то почему он не задаётся простым вопросом, что сделано нынешней властью для создания политической почвы для настоящих выборов? А не клоунады под названием выборы.