Apellyasiya Məhkəməsi Sevinc Vaqifqızını həbsdə saxlayıb
Apellyasiya Məhkəməsi Sevinc Vaqifqızını həbsdə saxlayıb
Yanvarın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyilə jurnalist Sevinc Vaqifqızının barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə şikayətə baxılıb. Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, apellyasiya instansiyası Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, şikayəti təmin etməyib.
Vəkil deyib ki, məhkəmə prosesində jurnalist Sevinc Vaqifqızı da iştirak edib. Bu dəfə o, şüşə qəfəsdə oturmayıb.
“Məhkəmədə, hətta apellyasiya şikayətində də bildirmişdik ki, dörd uşağın ölümünə səbəb olan şəxslər ev dustaqlığında olduğu halda, heç bir zərərə səbəb olmayan şəxslərin həbsdə qalması qanunsuzdur. Sevinc Vaqifqızı da bildirdi ki, o, araşdırmalarına görə həbs olunub və cəzalandırılır. Ancaq məhkəmə bizim apellyasiya şikayətimizi təmin etmədi”, - vəkil deyib.
* Abzas Media nəşrinin direktoru Sevinc Vaqifqızı ötən il noyabrın 20-dən bu onlayn nəşrin bir neçə əməkdaşı ilə birlikdə həbsdədir. Onlar valyuta qaçaqmalçılığında ittiham olunurlar. Jurnalistlər ittihamları rədd edirlər və onlara qarşı cinayət təqiblərini Abstras Media-nın antikorrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
-
- İqtisadiyyat
- 18 Yanvar 2024 15:36
-
- Siyasət
- 18 Yanvar 2024 16:03
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz