Umbakı qəsəbəsində penitensiar kompleks istifadəyə verilib
Umbakı qəsəbəsində penitensiar kompleks istifadəyə verilib
Noyabrın 17-də Bakının Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli penitensiar kompleks istifadəyə verilib.
Kompleksin açılışında ədliyyə naziri Fikrət Məmmədov iştirak edib.
Nazir bildirib ki, beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla iki zonadan – cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir. Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaq.
Ümumi saxlanma limiti 1300 nəfər olan kompleksdə 19 müxtəlif rejimli kamera tipli korpus inşa olunub. Kameralarda hər cür şərait yaradılıb, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb. Həmçinin müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb.
Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub.
Saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün kompleksin ərazisində tibb-sanitar hissələri üçün müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidlərilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur.
Məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün kompleksdə xüsusi otaqlar da nəzərdə tutulub.
Məhkumların sosial adaptasiyası məqsədilə onların ailələrilə zəruri məişət avadanlığı ilə təchiz edilmiş studio-mənzil tipli uzunmüddətli görüş otaqları, habelə qısamüddətli görüşlər üçün kabinələr quraşdırılıb.
Eyni zamanda məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, televizor otağı, idman meydançaları, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb, bərbərxana, dərzi xidmətləri təşkil edilib.
Xatırladaq ki, son illərdə Bakının Kürdəxanı qəsəbəsində, Naxçıvanda və Şəkidə yeni penitensiar xidmət kompleksləri istifadəyə verilib, Gəncə və Lənkəranda isə onların inşası davam etdirilir.
Rəy yaz
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
1 rəy
Sabah
2023-11-18
легче сажать и устрашать людей, чем поднимать уровень населения и страны.