Unibankdanbiznesə yeni başlayanlara dəstək: Bank xidmətləri pulsuz olacaq!
Unibank biznesə yeni başlayan hüquqi şəxslər üçün kampaniya keçirir. Dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər avqust ayı ərzində Unibankda hesab açdıqları zaman, əksər bank xidmətlərindən pulsuz istifadə edə biləcəklər. "Unibank" KB ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Samir Mustafayev bildirib ki, məqsəd yeni biznesə başlayan iş adamlarına dəstək olmaqdır: "Yeni biznesə başlayanda adətən qazanc çox olmur. Buna görə qərara gəldik ki, bank olaraq iş adamlarımıza daha bir dəstək göstərək, iyulun 1-dən avqustun 31-dək yeni VÖEN alıb biznesə başlayan hüqüqi şəxslər üçün hesablaşma - kassa xidməti əməliyyatlarını pulsuz edək. Avqust ayı ərzində Unibankda hesab açan yeni biznesə sahibi hüquqi şəxslər 2 ay ərzində konvertasiya, pul köçürməsi, valyuta köçürmələri komissiya xərclərindən azaddırlar. Filiallarda cari hesabdan pulun çıxarılması (1% vergi tutulması istisna) da komissiyasız olacaq. Kampaniya çərçivəsində hüquqi şəxslər üçün korporativ kartın xidmət haqqı da 1 il pulsuzdur. İnanırıq ki, bu kampaniya yeni biznes quran sahibkarlarımız üçün çox faydalı olacaq".
Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?
- Sərfəli tariflər;
- Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
- Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
- Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
- Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
- Sənəd dövriyyəsinin minimuma endirilməsi;
- Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
- Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.
Unibankın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibankın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev", "İçərişəhər" , "Dərnəgül", "Yasamal", 15 saylı, "Neftçilər", "Əhmədli", "Əcəmi" filiallar və "Unibank- biznes mərkəzi"nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondanhttp://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!®
-
- Cəmiyyət
- 31 İyul 2018 12:44
-
- İnsan Hüquqları
- 31 İyul 2018 13:07
Cəmiyyət
-
Yaşıllar Partiyasından Avropa Parlamentinin üzvü Lena Şilling hər altıncı aylıq maaşını, yəni ümumilikdə 10,000 avronu, yaşıl təşəbbüsləri və aktivistləri dəstəkləmək üçün ianə etməyi planlaşdırdığını elan edib. Təxminən 3,000 avro hazırkı hakim partiyanın üzvləri tərəfindən dəstəklənən Yaşıl Vətəndaşlar Təşəbbüsü Assosiasiyasına gedəcək, qalan 7,000 avro isə hər altı aydan bir aktivistlərin dəstəklənməsi üçün istifadə olunacaq, Lena Şillingin mətbuat katibi bazar ertəsi Austria Presse-Agentur (APA)-ya bildirib.
-
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə oktyabrın 8-də Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti bildirib.
-
Çərşənbə günü paytaxtda hava dəyişkən olacaq, gecə və səhər bəzi yerlərdə yağış yağa bilər. Şimal-qərb küləyi əsəcək.
-
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin oktyabrın 2-3-də Bakıda səfərdə olarkən müzakirə edilən məsələlərlə bağlı açıqlama Azərbaycanda hələ də müzakirə edilməkdədir.
Rəy yaz