Vəkil: �Təqsirləndirilən şəxslər məhkəməyə arxalarını çevirib�
Bakı/09.05.17/Turan: Mayın 8-i Bakı Apellyasiya Məhkəməsi hakim Vüqar Məmmədovun sədrliyi ilə Sahil Rzayev və daha 5 şəxsin apellyasiya şikayətinə baxılıb. S.Rzayev və digərləri iki il öncə noyabrın 5-də, “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun saxlandığı Sabunçu Rayon Polis İdarəsinin qarşısında gözləyərkən həbs ediliblər.
Vəkil Elçin Sadıqovun dediyinə görə, apellyasiya şikayəti Sahil Rzayev və digər 5 nəfərlə bağlı ötən il avqustun 3-ü Sabunçu rayon Məhkəməsinin çıxartdığı hökmdən verilib.
“Hakim Sahil Rzayevin çıxışını qanunsuz olaraq kəsdi (şüşə qəfəsin mikrofonunu bağladı). Digər təqsirləndirilən şəxslər buna etiraz olaraq məhkəməyə arxasını çevirdi. Hakim sözü dövlət ittihamçısına verdi və daha sonra "müşavirədən" qayıdaraq apellasiya şikayətlərinin təmin olunmadığını, hökmün dəyişdirilmədən qüvvədə saxlandığını elan etdi”.
Vəkil deyir ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik.
Vəkilləri S.Rzayev və digərləri barədə Sabunçu Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini istəyirdilər.
Dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatının üzvləri Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov Nardaran olaylarından öncə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar.
Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün, N.Vəliyevi 5 il 11 ay 10 gün, A.Əliyevi 5 il 11 ay, E.Bünyadovu 6 il 1 ay 15 gün, L.Əhmədovu 5 il 11 ay 20 gün, T.Osmanovu isə 5 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.
Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.
40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırova 20 il, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlıya 10 il, digərlərinə də 10 ildən 20 ilədək həbs cəzası verilib.
Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.
Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.
-
- İqtisadiyyat Göstəriciləri
- 9 May 2017 13:22
-
- Cəmiyyət
- 9 May 2017 16:52
Cəmiyyət
-
Noyabrın 1-də paytaxtda hava tutqun olacaq, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Qısa zamanda abunəçilərə altı innovativ məhsul təqdim edən “Bakcell”, reklam və marketinq dünyasının mühüm beynəlxalq müsabiqələrindən biri olan “Felis” tərəfindən “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb.
-
Beynəlxalq Demokratik Yenilənmə Koalisiyası (ICDR) və Forum 2000 Fondu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı artan təzyiqlərdən dərin narahatlıqlarını ifadə edərək birgə bəyanat yayıb. Qruplar, hökumətin vəkillər, jurnalistlər, aktivistlər və insan hüquqları müdafiəçilərinə qarşı geniş miqyaslı təzyiqləri gücləndirdiyini, ölkədə müxalif səslərin sistematik olaraq susdurulduğunu vurğulayıblar.
-
60 milyon auditoriyası ilə dünyanın 100 nüfuzlu şəbəkəsindən biri olan, təhsil və bacarıqların qiymətləndirilməsi sahəsində aparıcı beynəlxal təşkilat Times Higher Education (THE) xəbərlər buraxılışında “İqlim sammiti başlayan kimi azərbaycanlı alimin azad edilməsinə çağırışlar” başlığı ilə geniş yazı dərc edib. Hər il dünya Universitetlərinin reytinqini hazırlayan THE yazır ki, mədən yanacağı istehsalçısı dünya liderlərinin toplantısına ev sahibliyi edərkən müxaliflərə qarşı sərt tədbirlər görür. Hüquq müdafiə qrupları COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan hökumətini mədən yanacağı siyasətini tənqid etdikdən sonra saxlanılan alimin azad edilməsinə çağırır.
COP29 necə keçir? Gələnlər, gəlməyənlər, qərarından geri dönənlər...- Natiq Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:30
- 284
Rəy yaz