koronavirusinfo.az
Virusa yoluxma minimuma enib, ölən olmayıb
Bakı/24.10.22/Turan: Azərbaycanda koronavirus infeksiyasına son sutkada 5 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb, ölən olmayıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah ın məlumatında deyilir.
İndiyədək ölkədə 822 959 nəfərin koronavirus infeksiyasına yoluxub, 812 677 nəfər müalicə olunaraq sağalıb, hazırda 345 aktiv xəstə var. Bu günə qədər 9 937 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 345 test icra olunub-05D-.
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 243
Rəy yaz