Xədicə İsmayılovanın işi üzrə məhkəmə iclası başqa günə keçirilib
Bu gün Binəqədi Rayon Məhkəməsi jurnalist Xədicə İsmayılovanın işi üzrə iclası oktyabrın 17-nə keçirib. Bu barədə X.İsmayılova özü məlumat verib.
Onun sözlərinə görə, məhkəmədə deyiblər ki, ölkədən çıxışına qadağa bu iş ilə əlaqədar deyil.
X.İsmayılova Baş Prokurorluqdan açıqlama almaq niyyətindədir və bu gün ora rəsmən müraciət edəcək.
Bazar günü X.İsmayılova Praqaya “Forum 2000” beynəlxalq konfransına gedərkən ölkədən çıxışına icazə verilməyib.
Xatırladaq ki, jurnalistə qarşı iddianı Xalq Cəbhəsi Partiyasının keçmiş fəalı Elman Həsənov qaldırıb. O, jurnalisti böhtan, şərəf və ləyaqətin təhqir olunmasında ittiham edib. İddiaçının versiyasına görə, jurnalist E.Həsənovun gizli agent olması barədə Milli Təhlükəsizlik Nazirliyinin məxfi sənədini açıqlayıb.
Lakin jurnalistin dərc etdiyi materialda E.Həsənovun adı yoxdur.—06B--
-
- Dünyada
- 13 Oktyabr 2014 13:33
-
- İqtisadiyyat
- 13 Oktyabr 2014 14:32
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz