Dövlətstatkom kənd təsərrüfatı məhsullarının qiyməti haqqında
Dövlətstatkom bildirir ki, sentyabrda kənd təsərrüfatı məhsullarının qiyməti avqusta nisbətən 2,1% bahalanıb. Heyvandalıq məhsulları isə 1,8% ucuzlaşıb. O cümlədən yumurta (10,3%), quş əti (3,3%), süd (2,5%) və mal əti (0,8%) ucuzlaşıb, bal 5,4% bahalanıb.
Birillik bitkilər 6,5%, çoxilliklər 3,6% bahalanıb. Xiyar (22,7%), lobya (21,7%), pomidor (18,1%), buğda (2,1%), kartof (3,2%), badımcan (11%), şaftalı (20%), şabalıd (0,9%), fındıq və qozun (16,4%) qiyməti artıb.
Günəbaxan tumu 9,5%, alma 0,7%, qarğıdalı 0,3% ucuzlaşıb.
Ekspertlər bahalanmanı kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artması ilə bağlayırlar. --17D—
-
- Cəmiyyət
- 13 Oktyabr 2014 13:57
-
- İqtisadiyyat
- 13 Oktyabr 2014 14:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz