Hökumət İKT-yə güzəştli kreditlər verib
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə iki şirkətə («GoldenPay» və «Enginet») 900 min manat füzəştli kredit verilib.
GoldenPay-a «PASHABank» onlayn ödəniş sisteminin inkişafı üçün 400 min manat ayırıb. “Enginet” şirkətinə isə Respublika Bankı tərəfindən internet xidmətlərinin təşkili və müasir texnologiyaların tətbiqi ilə şəbəkəsinin genişləndirilməsi üçün 500 min manat həcmində güzəştli kredit verilib.
Fondun məqsədi Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyasından ibarətdir.
Ötən il dövlət büdcəsindən bu məqsədlə 5 mln manat alınıb. Fondun xətti ilə bu şərtlərlə kredit verilir:
- 10 000 manatdan 50 000 manata qədər – kiçik kreditlər, 3 ilədək,
- 50 001 manatdan 500 000 manata qədər – orta kreditlər, 5 ilədək,
- 500 001 manatdan 5 000 000 manatadək – iri к kreditlər, 10 ilədək. Kreditlər illik 1%-lə verilir. --17D—
-
- İqtisadiyyat
- 13 Oktyabr 2014 14:32
-
- İqtisadiyyat
- 13 Oktyabr 2014 15:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz