Bakı/04.12.15: Dekabrın 3-də axşam və 4-nə keçən gecə havanın kəskin pisləşməsi nəticəsində ölkə ərazisində güclü şimal küləyi ilə müşayiət edilən yağış və qar yağıb.
Sinoptiklərin məlumatına görə, Abşeronda yağıntının səviyyəsi 15-32 mm. təşkil edib ki, bu da aylıq normanın 60-90%-nə bərabərdir.
Lənkəran-Astara zonasında yağıntının səviyyəsi 13-52 mm. (aylıq normanın 70-128%-i), Mərkəzi aran zonasında 18-38 mm. (aylıq normanın 87-132 %-i) təşkil edib.
Böyük Qafqaz dağlarında 5-35 mm. (aylıq normanın 70-90%-i), Kiçik Qafqazda 7-17 mm. (normanın 27-57%-i) hündürlükdə qar yağıb.
Xınalıqda qar örtüyünün hündürlüyü 59 sm., Qəbələdə 37 sm., Lerikdə 32 sm., Altıağacda 31 sm., Şəkidə 25 sm. olub.
Dekabrın 4-də yağış və sulu qar yağmağa davam edəcək, ayrı-ayrı yerlərdə intensiv olacaq. Güclü şimal küləyi əsəcək.
Bakıda və Aberonda havanın temperaturu gündüz +5+7, gecə +2+4 olacaq.
Ölkə regionlarında qərb küləyi əsəcək, dağlarda qar yağacaq. Aran rayonlarında havanın temperaturu 0 dərəcəyədək enəcək, dağlarda 308 dərəcə şaxta olacaq.-02D-
Rəy yaz