- İqtisadiyyat
- 4 Dekabr 2015, 11:24
- 163
Britaniya şirkəti SOCAR-ın karbamid zavodunun tikintisinin podrat işlərində iştirak edir
Azərbaycan Dövlət Neft Şirkəti Böyük Britaniyanın ALE ağır tonnajlı yükləri qaldırma şirkəti arasında müqavilə bağlayıb. Britaniya şirkəti Sumqayıtda inşa olunması planlaşdırılan Karbamid Zavoduna böyük ölçülü və ağır çəkili hissələri daşıyacaq.
«Bu, ALE-nin Xəzər dənizi və Mərkəzi Asiyada böyük ölçülü və ağır çəkili hissələrin daşınması üzrə ən böyük sazişidir. Sazişdə Bakıdan Sumqayıta 40 ədəddən çox böyük ölçülü və ağır çəkili hissələrin daşınması, eləcə də idarəetmə və mühəndislik xidməti nəzərdə tutulub»,- deyə məlumatda bildirilir.
Daşıma 2016-cı ilin sentyabr ayınadək davam edəcək. Artıq şirkət daşımalara başlayıb və indiyədək çatdırılan ən ağır hissənin çəkisi 367 ton olub.
ALE şirkəti Bakıda 2013-cü ildən fəaliyyət göstərir.
ALE neft-qaz, nüvə, bərpa olunan enerji, neft-kimya və s üzrə xidmət göstərir.
SOCAR 2017-ci ilin sonu, 2018-ci ilin əvvəlində Sumqayıtda Karbamid zavodu istismara verməyi planlaşdırır. Tikintiyə 18 fevral 2014-cü ildə başlanılıb. Bunun üçün 24 ha ərazi ayrılıb. Müəssisədə ammonyak, maye və dənəvər karbamid istehsal ediləcək. Zavodda gündə 1,2 min ton ammonyak və 2 min ton karbamid istehsal olunacaq.
2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı zavodunun inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Layihənin dəyəri (vergilər nəzərə alınmadan) 500 mln. avro təşkil edir. —0--
-
- Cəmiyyət
- 4 Dekabr 2015 11:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz