Yunis Səfərovun anası ictimaiyyətə müraciət ünvanlayıb
Bakı/11.09.18/Turan: "Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə sui-qəsd etməkdə təqsirləndirilən Yunis Səfərovun vəkili Elçin Sadıqov müdafiə işindən kənarlaşdırılıb". Bu haqda Y.Səfərovun anası Leylaxanım İsmayılovanın oğlunun vəkilsiz buraxılması, təzyiqlərə məruz qalması ilə bağlı ictimaiyyətə müraciətində deyilir.
Müraciətdə deyildiyinə görə, Y.Səfərov hadisənin baş verdiyi iyulun 3-dən sonuna kimi vəkilsiz olub: "Üz tutduğumuz vəkillər müqavilə bağlamaqdan imtina etdilər, oğlum 25 gündən çox Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb, işgəncələrə məruz qalıb, zorla bütün ifadələrə imza atmağa məcbur edilib".
L.İsmayılova deyir ki, iyulun 23-də vəkil E.Sadıqovla müqavilə bağlayıblar, ertəsi gün vəkil orderini Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərib, amma istintaq vəkilə cinayət işinə daxil olmağa icazə verməyib.
L.İsmayılova iddia edir ki, vəkilə bu işdən imtina etməsi üçün təzyiqlər başlayıb, Yunis Səfərovun müdafiə hüququnun pozulması və BMCMİ-yə qanunsuz etap olunması, orada uzun müddət qanunsuz olaraq saxlanılması barədə şikayəti vəkilin adından saxta imza ilə geri götürülüb.
Müraciətdə deyilir ki, vəkil E.Sadıqov Y.Səfərovla avqustun 13-də görüşə bilib, Y.Səfərov da polisdə döyülməsi, BMCMİ-də elektrik işgəncəsinə məruz qalması barədə ifadə verib və bundan sonra Y.Səfərova və vəkilinə təzyiqlər başlayıb.
Müraicətə görə, bu il sentyabrın 5-də Baş prokurorun birinci müavini tərəfindən imzalanmış qərar sentyabrn 6-da Y.Səfərova təqdim edilib. Bu vəkillə müdafiə etdiyi şəxsin konfidensial olmalı görüşlərini izləyib və Baş Prokurorluğun xoşuna gəlmədiyi üçün vəkili prosesdən kənarlaşdırılıb, vəkildən Vəkillər Kollegiyasına şikayət edib.
L.İsmayılovanın müraciətinə əlaqəli qurumların münasibətini öyrənmək hələlik mümkün olmayıb.
Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb. Baş prokurorluq bu hadisə ilə bağlı indiyədək 60-dan çox şəxsin həbs edildiyini açıqlayıb. Habelə, silahlı müqavimət göstərdiyi bildirilən 5 nəfərin də zərərsizləşdirilərək öldürüldüyü bildirilib.--0--
-
- Cəmiyyət
- 11 Sentyabr 2018 16:52
Cəmiyyət
-
Dekabrın 12-də axşam saatlarından etibarən 13-ü səhərə qədər paytaxtda yağış gözlənilir. Ayın 14-də yağış qara çevriləcək, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sinoptikləri məlumat yayıb.
-
Səhiyyə Nazirliyində saxta plastik cərrahların fəaliyyətinin araşdırılması üçün işçi qrup yaradılıb. Bu barədə jurnalistlərə nazir Teymur Musayev bildirib.
-
Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər (həkimlər) cərimələnəcək. Bunu edən həkimlərə 100-dən 150 manatadək, hüquqi şəxslərə isə 300-dən 400 manatadək cərimə nəzərdə tutulub. Bu, İnzibati Xətalar Məcəlləsinə əlavə kimi təklif edilən yeni -221.12-ci maddədə əksini tapıb.
-
Ölkənin lider mobil operatoru ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikatını uğurla yeniləyib Azercell-in daxili siyasət və prosedurlarının ISO 37001:2016 standartına uyğunluğu, şirkətin fəaliyyətinin şəffaflıq prinsiplərinə əsaslandığı beynəlxalq ekspertlər tərəfindən bir daha təsdiqlənib. Sertifikatlaşma auditini 16 oktyabr 2024-cü il tarixində ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB-ın (ANSI National Accreditation Board) akkreditə etdiyi Türkiyənin Denetik Belgelendirme şirkəti həyata keçirib. Auditin nəticələri Azercell-in antikorrupsiya proqramının bütün tələblərinə cavab verdiyini bir daha sübut edib.
Сирия близка как распаду, а карта Ближнего Востока пишется заново - беседа со Станиславом Тарасовым
Xəbər lenti
-
- Cəmiyyət,
- 11:58
- 362
Rəy yaz