![Шахвалад Чобаноглу](https://turan.az/resized/media/2018/main/091100013128-750-500-resize.webp)
Шахвалад Чобаноглу
Məhkəmə jurnalistin Azərbaycandan çıxışına qadağanı qanuni sayıb
Bakı/11.09.09/Turan: Sentyabrın 11-də Bakının Nəsimi rayonu araşdırmaçı-jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulmuş qadağanı qanuni sayıb. Qadağa hələ 2014-cü ildə qoyulub.
Çobanoğlu məhkəmədən qadağanı qanunsuz hesab etməyi xahiş edib, amma məhkəmədə prokurorluq nümayəndəsi qadağanın qanuni olduğunu bildirib və bunu böyük bir qrup QHT-yə və "Azadlıq Radiosu"na qarşı cinayət işinin davam etməsi ilə əsaslandırıb.
Müdafiə tərəfi qadağanın qanunsuz olduğunu bildirib, belə ki, o, təqsirləndirilən və ya şübhəli şəxs deyil. Çobanoğlu apellyasiya şikayəti vermək niyyətindədir.
Son illər o, dəfələrlə prokurorluqda "Azadlıq" qəzetinin, "Azadlıq Radiosu"nun, jurnalist Əfqan Muxtarlının işi ilə bağlı dindirilib.
Avqustun 14-də jurnalist ölkəni tərk etməyə çalışıb, amma sərhədçilər onu buraxmayıblar.
2013-cü ildən etibarən 10-dan çox ölkə jurnalistinin Azərbaycandan çıxmasına qadağa qoyulub. Doqquz jurnalist artıq Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. 2017-ci ildən bu işlərlə bağlı Azərbaycan hökuməti ilə kommunikasiya başlayıb. -06D-
Cəmiyyət
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
Rəy yaz