Açiq mənbələrdən foto.
Zamin Salayev komaya düşüb və müalicə müəssisəsinə yerləşdirilib, amma aclığı dayandırmır
Bakı/15.05.23/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyası Salyan rayon şöbəsinin sədri Zamin Salayev komaya düşəndən sonra Penitensiar Xidmətin istintaq təcridxanasından Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülüb.
O 98 gündür aclıq edir, müalicə müəssisəsinə yerləşdirilməsilə vəziyyəti yaxşılaşıb. Bu barədə Turan-a onun xanımı Səidə Salayeva Zamin Salayevlə telefon danışığından sonra bildirib.
“Zaminin səsi çox zəifdir. Təzyiqi 60/40-a düşüb. Böyrəkləri çox ağrıyır, ayaq üstə dura bilmir, başı gicəllənir. Bədəninin hər yerində ağrı var”, - o deyib.
O, həkim nəzarəti altındadır, sistem köçürülür. Xanımının xahişinə baxmayaraq, Zamin Salayev aclığı davam etdirəcək.
Mayın 11-də Bakının Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyilə Zamin Salayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Zamin Salayev fevralın 7-də saxlanılıb. Ertəsi gün Bakının Qaradağ Rayon Məhkəməsi onu həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.
Salayev öz həbsini sifariş hesab edir və məhkəmənin qərarına etiraz olaraq 98 gündür aclıq edir.
ABŞ-ın Bakıdakı səfirlyi hakimiyyəti Salayevi azad etməyə çağırıb.
"ABŞ Azərbaycan hakimiyyətini öz insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə ədalətsiz və ya özbaşına həbs edilmiş bütün şəxsləri azad etməyə çağırır", - ötən həftə səfirliyin nümayəndəsi deyib. 03
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz