FETÖ-çu söhbəti, Qubad İbadoğlunun həbsi… - İlham İsmayıl Çətin sualda
Bakı/28.07.23/Turan: İyulun 23-də Türkiyə və yerli media yazdı ki, Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilib, dörd nəfər həbs edilib. Yayılan məlumatlara görə, FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb.
Daha sonra isə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad ibadoğlu saxlanıldı. Daxili İşlər Nazirliyindən yayılan məlumatda bildirilirdi ki, Qubad İbadoğlu FETÖ ilə əlaqədə şübhəli bilinir. Məlumata görə, FETÖ-çu adı ilə həbs olunan Anar Əliyev ifadəsi zamanı Qubad İbadoğlunun ona saxta dollar satdığını deyib. Bunun əsasında iqtisadçının ofisində axtarış aparılıb. Qubad ibadoğlu məhkəmədə çıxışı zamanı Anar Əliyevi tanımadığını deyib.
Yeri gəlmişkən, mediada yayılan məlumatlarda FETÖ-nun Azərbaycan mediasında da şəbəkəsinin olduğu bildirilir.
Nə baş verir? FETÖ məsələsi niyə yenidən yada düşdü?
Təhlükəsilik məsələləri üzrə ekspert İlham İsmayıl Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
-
- Maliyyə
- 28 İyul 2023 13:44
Çətin sual
-
Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəyə görə, gələn il Azərbaycanda minimum əməkhaqqı 400, minimum pensiya məbləği 280, ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək.
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə ticarət əlaqələrini kəsdiklərini deyib.
-
Noyabrın 11-dən Bakıda start götürən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası davam edir. Konfran ayın 22-dək davam edəcək. Bu ərəfədə Beynəlxalq təşkilatlardan AZərbaycana insan haqları ilə bağlı çağırışlar davam edir.
-
Donald Trampın ABŞ Prezidenti vəzifəsinə yenidən seçilməsinə nə səbəb oldu? Onun idarəçiliyi iki ölkə arasındakı əlaqələrə necə təsir edəcək? ABŞ siyasətində Azərbaycanda insan hüquqları və demokratiya məsələləri hansı yer tutacaq?
Rəy yaz