Dövlət Departamenti Putinə Alyaska ilə bağlı cavab verdi: "Əlbəttə ki, onu geri almayacaq"
THE HILL: Bazar ertəsi Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin öz hökumətinə ölkənin xaricdəki keçmiş “daşınmaz əmlakı” ilə məşğul olmaq əmri verdiyi barədə xəbərləri təkzib edib və Alyaskanın amerikalılarda qalacağını bəyan edib.
TASS xəbər verir ki, Putin ötən həftə xaricdə, o cümlədən keçmiş Rusiya imperiyası və Sovet İttifaqı ərazilərində Rusiya əmlakının tədqiqi və qeydiyyatı üçün vəsaitin ayrılması haqqında yeni fərman imzalayıb.
Rusiyanın Ukraynaya davam edən işğalı fonunda verilən fərmanda xüsusi olaraq Alyaskadan bəhs edilməyib, lakin o hərbi blogerlərin diqqətini cəlb edib, onlar iddia edir ki, Putin bu fərmandan Rusiyanın 1867-ci ildə ABŞ-ın son sərhəd ştatını satmasını qanunsuz etmək üçün istifadə edib.
"Düşünürəm ki, ABŞ hökumətində hamının adından deyə bilərəm ki, əlbəttə, onu geri almayacaq", - Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bazar ertəsi mətbuat üçün keçirilən brifinqində deyib və auditoriyanın gülüşünə səbəb olub.
Müharibə Araşdırmaları İnstitutu keçən həftə qeyd edib ki, "Rusiyanın indiki və ya tarixi mülkiyyətini nəyin təşkil etdyinin dəqiq parametrləri aydın deyil".
“Kreml postsovet məkanında və qonşu dövlətlərdə yumşaq güc mexanizmlərini təşviq etmək üçün beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar ölkələrdə iddia edilən mülklərinin “mühafizəsindən” istifadə edə bilər, bu da son nəticədə daxili sabitliyi pozmağa yönəlib”, institut Rusiyanın hücum kampaniyasını qiymətləndirməsində yazıb.
Orada hərbi blogerin Telegram-da yazdığı yazıya işarə edilirdi, o ehtimal edib ki, Rusiya Alyaskada və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın bəzi bölgələrində qanunun icrasına başlaya bilər.
Putin, 2014-cü ildə studiya auditoriya qarşısında sual-cavabda 1867-ci il satışını “ucuz” adlandırıb və iddia edib ki, insanlar “bu barədə narahat olmamalıdır”.
“Biz ekvivalent məbləği hesablaya bilərik, lakin bu da ucuz idi. Rusiya şimal ölkəsidir, ərazisinin 70 faizi şimalda və uzaq şimalda yerləşir. Alyaska da cənub yarımkürəsində yerləşmir, elə deyilmi? Orada da soyuqdur. Gəlin bundan narahat olmayaq, yaxşı?” o deyib.
Putinin satışın əhəiyyətini azaltdığı halda dekabrda rusiyalı deputat Sergey Mironov Moskvanın gələcəkdə keçmiş ərazilərini qaytaracağına işarə vurub. “Yeni dünya nizamı istəyirdiniz? Qəbul edin və imzalayın. Venesuela 24-cü ştat olan Qayana-Essekibonu ilhaq edib.
Bu, bir zamanlar böyük hegemon olan ABŞ-ın burnunun altında baş verir. Meksikaya qalan tək şey Texası və digərlərini geri almaqdır.
Amerikalıların öz gələcəkləri haqqında düşünmə vaxtıdır. Həm də Alyaska haqqında”, Mironov keçən ay keçmiş Twitter olan “X” hesabında yazıb.
Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev bazar ertəsi günü “X”-də Dövlət Departamentinin cavabı ilə bağlı zarafat edib: “Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Rusiya 19-cu əsrdə ABŞ-a satılan Alyaskanı geri qaytarmayacaq. Deməli bitdi. Biz isə onun bu günlərdə qaytarılacağını gözləyirdik. Indi müharibə qaçılmazdır”, - o yazıb və gülüş işarəsi əlavə edib.
-
- İqtisadiyyat
- 24 Yanvar 2024 11:36
-
- Maliyyə
- 24 Yanvar 2024 11:59
Dünyada
-
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Əl-Şara Dəməşqdə keçirilən danışıqlardan sonra birgə mətbuat konfransında Suriyada "yeni dövr" elan etdilər. Fidan Suriyanın ən qaranlıq günlərinin geridə qaldığını vurğuladı və inklüzivlik və suriyalıların qətiyyəti üzərində qurulmuş parlaq bir gələcək vəd etdi.
-
Yeni Gallup sorğusu göstərir ki, iki ildən çox davam edən Rusiya-Ukrayna müharibəsinin tezliklə həllini istəyən amerikalıların sayı artmaqdadır. Respondentlərin yarısı münaqişənin tez bir zamanda bitməsini dəstəklədiyini bildirib, hətta bu, Ukraynanın bütün itirilmiş ərazilərini geri qaytarmayacağı anlamına gəlsə belə. Bu rəqəm 2024-cü ilin martı ilə müqayisədə 7 faiz artım deməkdir. Oktyabr 2023-dən bəri tez həllə dəstək 43 faiz səviyyəsində sabit qalmışdı.
-
ABŞ-ın yüksək rütbəli diplomatları cümə günü Dəməşqdə Suriyanın yeni faktiki lideri Əhməd əl-Şaraa ilə görüş keçirdi. Görüş ölkənin siyasi keçidi müzakirə etmək məqsədilə təşkil olunmuş və "yaxşı" və "çox məhsuldar" kimi qiymətləndirilmişdir. ABŞ nümayəndə heyəti, həmçinin, əl-Şaraa-nın başına qoyulmuş 10 milyon dollarlıq mükafatın ləğv edildiyini elan edib.
-
İran qadınlar üçün daha sərt hicab tələbləri ilə bağlı mübahisəli yeni qanunun tətbiqini dayandırıb. Bir çox müşahidəçilərin fikrincə, bu qanun Mahsa Əmininin 2022-ci ildə ölümündən sonra baş verən kütləvi etirazlara bənzər hadisələri təkrarlaya bilərdi, yüksək rütbəli rəsmi bildirib.
Rəy yaz