Gürcüstan prezidenti azərbaycanlı əhalini Novruz bayramı münasibətilə təbrik edib
Gürcüstan prezidenti Georgi Marqvelaşvili baş nazir İrakli Qaribaşvili ilə birlikdə Marneuli əhalisini Novruz bayramı münasibətilə təbrik edib. “Pirveli” agentliyi bildirib.
“Siz çox işlər görürsünüz, çox çalışırsınız, çox istedadlı və bacarıqlısınız. Bilirsiniz, hamı bunları görür və calışır ki, sizin yaxşı yaşamanız üçün daha çox səy göstərsin. Bu gün yeni enerjinin və yazın başlanğıcıdır. İstəyirəm biləsiniz ki, həm bu gün, həm də bütün ilboyu sizin yanınızdayam. Sizinlə birlikdə Gürcüstanın rifahı naminə çalışıram. Sizi Novruz bayramı münasibətilə təbrik edirəm”, - Marqvelaşvili toplaşanlara bildirib.
Şəhərin mərkəzində bayram tədbirləri keçirilir. Marneuli şəhər idarəsinə bitişik ərazidə bayram konserti keçiriləcək. Konsertdə Gürcüstan prezidenti və baş naziri azərbaycanlı əhalini Novruz bayramı münasibətilə təbrik edəcəklər.-0-
-
- Siyasət
- 22 Mart 2015 20:07
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz