Krım Tatar Məclisi ləğv edilə bilər?
Rusiyanın işğal edərək Krıma prokuror təyin etdiyi Krım prokuroru Natalya Poklonskaya Krım tatarlarına xəbərdarlıq edib. Bu haqda xəbəri xarici KİV-lər yayıblar.
Prokuror N.Poklonskaya Krım tatarlarını Krım Tatar Məclisinin fəaliyyətini qadağan etməklə hədələyib. Xəbərə görə, prokuror Krım tatarları Məclisinin lideri Rufar Çubarovla görüşüb və Məclisi ekstremist fəaliyyətdə ittiham edib. Prokuror Məclis fəaliyyətində dəyişiklik etmədiyi halda Krım tatarlarının Xalq Məclisini ləğv edəcəyi və Rusiya ərazisində fəaliyyətinin qadağan olunacağanı söyləyib.
Prokuror bu addımı Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlunun vətəni Krıma buraxılmadığı üçün Krım tatarlarının etirazına cavab olaraq atıb.
Mayın 2-də təyyarə ilə Moskvadan Krıma getmək istəyən Krım tatarlarının lideri M.C.Krımoğlu Rusiyaya və Krıma giriş icazəsi olmadığı üçün Moskvadan geriyə Kiyevə qaytarılıb.
Türkiyə mətbutanda yayılan xəbərlərə görə, Türkiyənin baş naziri Ərdoğanın bu məsələni mayın 5-də Putinlə telefon vasitəsilə müzakirə edəcəyi gözlənilir.-05D-
-
- İqtisadiyyat
- 5 May 2014 13:16
-
- Siyasət
- 5 May 2014 14:21
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz