Açiq mənbələrdən foto.
Məkkədə güclü qasırğa olub
Avqustun 22-23-də Səudiyyə Ərəbistanının qərbində leysan və tufanla müşayiət olunan şiddətli qasırğa baş verib. Məkkədə küləyin sürəti saatda 80 kilometr olub, - deyə Milli Meteorologiya Mərkəzinin (NCM) nümayəndəsi Hüseyn əl-Qahtani Twitter-də bildirib.
Avqustun 22 və 23-də Məkkədə və Krallığın bir sıra əyalətlərində “qırmızı” xəbərdarlıq edilib. "Gulf News"un məlumatına görə, təbiət hadusəsindən ən çox Məkkə və Ciddə zərər çəkib.
İldırımlı leysan yağışları müqəddəs şəhəri vurub, qasırğa küləkləri əşyaları və insanları küçələrə atıb. Şəhərin bir neçə hissəsi su altında qalıb.
Zərər çəkənlərin sayı barədə məlumat verilmir. Bunlar daha çox ümrə (qısa Həcc) üçün Məkkəyə gələn zəvvarlardır. 0
-
- Cəmiyyət
- 24 Avqust 2023 17:46
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz