Moskva Xəzər donanmasının Dağıstana köçürüldüyünü elan edib
Bakı/02.04.18/Turan: Rusiyanın Xəzər donanması Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürülür. Bu barədə bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib, xəbəri "İnterfaks" yayıb.
"Xəzər donanmasının Kaspiyskə köçürülməsi haqqında qərar qəbul edilib. Orada böyük tikintimiz başlayır: pirslər, körpülər, xidmət məntəqələri, mənzillər. Zabitlərimizin və hərbi qulluqçuların sayı dəfələrlə artırılacaq", deyə Şoyqu nazirliyin müşavirəsində bildirib.
Kaspiyskdə yeni baza Azərbaycanla sərhəddən cəmi 130 km məsafədə olacaq.
Donanmanın daxilinə raket mühafizə gəmiləri, kiçik raket və artilleriya gəmiləri, raket və artilleriya katerləri, desant gəmiləri, dəniz piyadası və sahil artilleriya qoşunlarının hissələri daxildir. Donanma Rusiyanın Suriyada hərbi əməliyyatında 2016 ildə iştirak edib. -02D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz