�Pobeda� aviaşirkəti Ermənistana uçuşları dayandıracaq
Moskva/06.08.19/Turan: "Pobeda" loukosteri yanacağın tam doldurulmaması hallarına son qoyulması və alınmamış aviakerosinin dəyərinin kompensasiyası ilə bağlı aeroportdan zəmanət alarsa, Moskvadan Gümrüyə (Ermənistan) reysləri dayandırmayacaq.
"Yanacağın tam doldurulmaması təhlükəsizliyə ciddi qorxudur. "Pobeda" Gümrüyə o halda uçmağa davam edəcək ki, aeroportdan dəqiq zəmanət və doldurulmamış yanacağın dəyərinə görə kompensasiya alsın. Hazırda bu, yoxdur", - TASS agentliyi aviaşirkətin nümayəndəsindən sitat gətirib.
O bildirib ki, şirkət qış mövsümündən başlayaraq, Gümrüyə reysləri dayandırmağı qərara alıb.
Öz növbəsində "Armenpress" agentliyi Ermənistan Mülki Aviasiya Komitəsinə istinadən bildirib ki, problem həll olunub. Hazırda "Pobeda" Moskvadan Gümrüyə (oradan Yerevana qədər daşınma təklif olunur) həftədə 10 reys yerinə yetirir. Qış mövsümündə həftədə 7 reys planlaşdırılmışdı.
Bəzi müşahidəçilər uçuşların dayandırılmasını Moskvanın Nikol Paşinyan hökumətnə növbəti təzyiqi kimi qiymətləndirirlər. -02D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz