Rusiya Ukraynadakı hərbi obyektlərə raket zərbələri endirir
Bloomberg: İsveçin Kiyevi digər Avropa ölkələrindən olan qırıcı təyyarələrlə birgə yerləşəcək müşahidə təyyarələri ilə təmin edəcəyini bildirməsindən sonra Rusiya gecə ərzində raket və dronlardan istifadə edərək Ukraynadakı hərbi hədəflərə zərbələr endirməyə cəhd edib.
Ukrayna Rusiyanın Saratov vilayəti üzərində uçan bombardmançı təyyarələrdən atılan 11 qanadlı raketdən yeddisini vurub, cümə axçamı yerli televiziyada çıxış edən hərbi nümayəndə Andrey Kovalyov bildirib.
O, təfərrüatı açıqlamadan bildirib ki, onlar hərbi obyektləri və kritik infrastrukturu hədəfə alıblar. Ukrayna həmçinin hücumda iştirak edən partlayıcı yüklü 32 “Şahed” pilotsuz təyyarəsinin hamısını məhv edib, daha səkkiz rus raketi isə Xarkov vilayətini vurub.
Hücum Rusiyanın hücumlarını izləyən Ukraynanın anonim Teleqram kanallarında raketlərin və pilotsuz uçuş aparatlarının əksəriyyətinin Ukraynanın qərbindəki Xmelnitski vilayətindəki Starokonstantinov şəhərində yerləşən böyük hərbi hava qüvvələri bazasına yönəldiyi barədə fərziyyələrə səbəb olub.
Həmin ərazidə dağıntılar barədə rəsmi məlumat yoxdur.
Cümə axşamı baş verən hücum bu ay Ukraynaya edilən üçüncü irimiqyaslı raket hücumu idi.
İsveç çərşənbə günü Ukraynaya rekord məbləğdə 1,3 milyard dollarlıq hərbi yardım paketi, o cümlədən Belçika, Danimarka və Niderland da daxil olmaqla Avropa ölkələri tərəfindən təchiz ediləcək ABŞ istehsalı F-16 qırıcılarının imkanlarını artıra biləcək kəşfiyyat təyyarələr verəcəyini elan etdi.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində Krım yaxınlığında Azov dənizi üzərində səkkiz ATACMS raketinin, həmçinin səkkiz pilotsuz uçuş aparatının və iki pilotsuz qayığın məhv edildiyini, səhər isə Krasnodar diyarı üzərində daha beş pilotsuz uçuş aparatının vurulduğunu bildirib.
Rəsmilər və Kiyevdəki hərbçilər bu iddiaları açıq şəkildə şərh etməyiblər.
ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynanın Rusiyaya ABŞ istehsalı olan silahlardan istifadə edərək hərbi zərbələri ilə bağlı siyasətini "uyğunlaşdırır və korrektə edir", dövlət katibi Entoni Blinken çərşənbə günü deyib.
Amerikalı yüksək səviyyəli diplomatın şərhləri Qərb rəsmilərinin Kiyevə Rusiya ərazisində olan və Ukraynaya zərbələr endirmək üçün istifadə edilən hərbi obyektlərə zərbələr endirməsinə icazə vermək çağırışlarının artması fonunda baş verib.
Dünyada
-
Donald Tramp özünü sülhməramlı və ABŞ-ın maraqlarının qatı müdafiəçisi kimi göstərdi. O, bazar ertəsi Ağ Evə qayıdandan sonra Panama kanalını ələ keçirəcəyini vəd etdi, eyni zamanda, Rusiyanı Ukrayna ilə bağlı razılıq əldə etməyə inandırmağa çalışdı.
-
Suriyanın faktiki lideri Əhməd əl-Şaraa ABŞ prezidenti Donald Trampı bazar ertəsi andiçmə mərasimi münasibətilə təbrik edərək, iki ölkə arasında münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib.
-
Türkiyənin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
-
Türkiyənin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
Rəy yaz