Yerevanda iğtişaşları yatırmaq üçün ordu hissələri gətirilib
Ermənistan Silahlı Qüvvələrinin bəzi bölmələri Azərbaycanla sərhədin yaxınlığındakı dislokasiya yerindən Yerevana aparılıb. Ermənistan KİV-in məlumatına görə, bu bölmələr paytaxtda bazalarda yerləşdirilib və Yerevanda mitinqçiləri dağıtmaq üçün əmr gözləyirlər.
Ötən gün başlayan etiraz aksiyası bir neçə min insanın iştirakı ilə davam edir. Mitinqçilər daha çox siyasi şüarlar səsləndirir, nəinki sosial və iqtisadi.
Belə ki, elektrik enerjisinin qiymətinin artırılmaması barədə tələblərdən əlavə prezident Serj Sarkisyanın istefası tələb olunub. Bəzi mitinqçilərin əllərində Azərbaycan dilində söyüş yazılmış və ölkə prezidentinə ünvanlanmış şüarlar olub.
İyunun 23-də mitinqin dağıdılmasına baxmayaraq, bir neçə min adam yenidən küçələrə çıxıb.
İyunun 24-də günorta minlərlə adam Baqramyan küçəsini bağlayaraq axşam “Azadlıq” meydanında aksiya keçirməyi planlaşdırır.
Hakimiyyətin mitinqçiləri dağılışmağa və ya aksiyanı başqa yerdə keçirməyə sövq etmək cəhdləri baş tutmayıb.
Yerevanda aksiyalar Kremli ciddi narahat edib. Kreml bildirib ki, hadisələri diqqətlə izləyir. Antirusiya şüarları və mitinqçilərin Avropaya meylliyi də buna xidmət edir. Bu Kremlyönlü ekspertlərə əsas verib ki, onlar ABŞ səfirliyini Yerevanda yeni Maydanın təşkilində ittiham etsinlər.-02D-
-
- Foto sessiyalar
- 24 İyun 2015 14:36
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz