15 şirkətə investisiya təşviqi sənədi verildi
İqtisadiyyat nazirliyi iyunun 14-də 15 sahibkara ilk dəfə olaraq investisiya təşviqi sənədlərini təqdim edib.
Bu layihələr sayəsində istehsala 160 mln. manatdan çox investisiya yatırılacaq, 1400-ə yaxın yeni iş yerləri yaradılacaq. Bu haqda Turan-a nazirlikdə məlumat veriblər.
İnvestisiya təşviqi sənədini alan şirkətlər arasında "Mətanət A", "Şəmkir Aqropark", “Buta Qrup" şirkətləri də var.
Qaydalara görə, investisiya təşviqi sənədini almaq üçün şərtlərdən biri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğin 10 faizinin layihə üzrə investisiya kimi qoyulmasıdır.
Bu il qəbul edilmiş qaydalara görə,investisiya təşviqi sənədini almış sahibkarlıq subyekti 7 il müddətində əldə etdiyi mənfəətin 50 faizi həcmində vergi güzəşti əldə edir. Investorlar bu müddət boyunca texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı əlavə dəyər vergisindən, eləcə də əmlak və torpaq vergisini ödəməkdən azaddır. 08D
-
- İqtisadiyyat
- 16 İyun 2016 11:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz