15 təyyarə və helikopter alınmasına dövlət zəmanəti verilib
Nazirlər Kabineti 9 təyyarə və 6 helikopter alınmasına $650 mln (konvertasiya və bütün bank yığımları nəzərə alınmaqla) dövlət zəmanəti verib.
Qeyd edək ki, AZAL 25 sentyabrda “Embraer” şirkəti ilə “Embraer-190 AR” tipli 4 ədəd təyyarənin alınmasına, 15 oktyabrda “AJW Capital Partners Limited” şirkəti ilə “Airbus A-340-500” tipli 3 ədəd təyyarənin alınmasına (o cümlədən bir xüsusi konstruksiya), 17 oktyabrda “ECC Lesing Company Limited” şirkəti ilə “Embraer-170-100 LR” ” tipli 2 ədəd təyyarənin alınmasına, 17 oktyabrda “Agusta Westland S.p.A” şirkəti ilə AW139” tipli 6 ədəd vertolyotun alınmasına dair saziş imzalayıb.
AZAL qeyri-şəffaf dövlət şirkətlərindəndir. O, qanunvericiliyin tələbinə zidd olaraq maliyyə hesabatını açıqlamır. 08D
-
- Cəmiyyət
- 21 Noyabr 2012 16:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz