2012-ci ilin 9 ayında Azərbaycan banklarının aktivləri 15% artıb
Bu ilin sentyabrında Azərbaycan banklarının məcmu aktivləri 485,1 mln manat və ya 3,1% artaraq 15513,85 mln manat (($19,75 mlrd) olub. İlin əvvəlindən bank aktivləri 15%, illik müddətdə 2431,3 mln və ya 18% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2012-ci il oktyabrın 1-i üçün banklarda nağd pul 655,7 mln manat, müxbir hesablarında vəsait 1069,4 mln manat, maliyyə sektorunun kreditləşməsi 769 mln manat, müştəri kreditləşməsi 10130,4 mln manat, investisiya həcmi 1256,7 mln manat, başqa aktivlər 2118,1 mln manat olub.
Bank öhdəlikləri hesabat ayında 469,1 mln manat və ya 3,6% artaraq 13658,35 mln manat olub. Bundan 7058,3 mln manatı depozitlər, 4755,8 mln manatı maliyyə sektoruna verilən vəsaitlər və 1844,2 mln manatı başqa öhdəliklər təşkil edib.
Bankların ümumi kapitalı il ərzində 4,4 mln və ya 0,2% azalıb, sentyabrda 16 mln manat və ya 0,7 % artaraq 2324,6 mln manat ($2,98 mlrd) olub. --15B--
-
- İqtisadiyyat
- 8 Noyabr 2012 14:27
-
- İqtisadiyyat
- 8 Noyabr 2012 14:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz