Gömrükçülər ayda orta hesabla 107 mln. manat toplayırlar
Bu ilin oktyabrında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 107 mln. manat köçürülüb. Son dörd ayda gömrükçülər 107 mln. manat səviyyəsində gömrük vergilərinin və rüsumlarının yığımının həcmini stabilləşdiriblər və bu templə illik planı yerinə yetirmək mümkün olacaq.
DGK-dan Turan-a bildirilib ki, 2012-ci ilin 9 ayında ümumi məbləği 987,8 mln. manat həcmində vergi və rüsum yığımı təmin edilib.
Bu il cəmi 1,2 mlrd. manatın toplanması proqnozlaşdırılır. Yığımın əsas hissəsi əlavə dəyər vergisinin payına düşür. Oktyabrda gömrük yığımlarında onun xüsusi çəkisi 85% təşkil edib.
2011-ci ildə DGK dövlət büdcəsinə 1 141 mln. manat köçürüb.
Dövlət büdcəsinin layihəsinə görə, gələn il DGK 1 380 mln. manat toplayacaq.
-
- İqtisadiyyat
- 8 Noyabr 2012 14:21
-
- İqtisadiyyat
- 8 Noyabr 2012 14:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz