2015-ci ilin I yarısında xarici ticarət dövriyyəsi 28,94% azalıb
2015-ci ilin I yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 28,94% azalaraq $10,930 mlrd olub.
Hesabat dövründə ixrac 44,59% azalaraq $6,231 mlrd təşkil edib. İdxal 13,64% artaraq $4,698 mlrd-a çatıb.
Gömrük yığımı $765,337 mln təşkil edib. O cümlədən gömrük rüsumu $215,874 mln, ƏDV $498,457 mln, aksizlər $41,468 mln, yol vergisi $9,535 mln olub.
I yarımildə Azərbaycanın rezidentləri və qeyri-rezidentləri 138 ölkə ilə ticari əməliyyatlar həyata keçirib. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12 vahid azdır.
Xarici ticarət əməliyyatlarında 4823 şəxs, o cümlədən 2803 fiziki və 2020 hüquqi şəxs iştirak edib. Hüquqi şəxslər arasında özəl sektor xeyli üstünlük təşkil edir. –0—
-
- İqtisadiyyat
- 17 İyul 2015 15:25
-
- Siyasət
- 17 İyul 2015 15:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz