Kənd təsərrüfatı haqqında rəsmi məlumat
Dövlət Statistika Komitəsinin məlumatına görə, iyulun 1-i üçün ölkədə kənd təsərrüfatı istehsalının həcmi 2 mlrd 648,6 mln manat (ötən ilin eyni dövrünə nisbətən + 7,3%) olub.
Daha çox artım bitkiçilikdə olub - 14%. İyunun 24-ü üçün yazlıq əkin sahələri 362,1 min ha təşkil edib. Ölkədə 382,9 min ton tərəvəz (+10,7%), 288,7 min ton kartof (+11,8%), 93,1 min ton meyvə və giləmeyvə (+ 2,6%), 273,4 ton yaşıl çay (+18,7%), 76,5 ton tütün yarpağı (+30,5%) toplanıb. İyulun 1-i üçün 2,1 mln ton taxıl, o cümlədən qarğıdalı (+18%) yığılıb.
Heyvandarlıqda artım azdır (+2,6%). İyulun 1-i üçün 225,1 min ton ət (+2%), 963,7 min ton süd (+3,7%), 779,4 mln yumurta (+1,4%), 15,3 min ton yun (+2,1%) istehsal edilib. --17D—
-
- Cəmiyyət
- 17 İyul 2015 15:17
-
- İqtisadiyyat
- 17 İyul 2015 15:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz