2016–2020-ci illərdə gəmiçiliyin inkişafına dair Dövlət Proqramı təsdiq edilib
Azərbaycanda “2016–2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Sənəd Xəzərdə və başqa dənizlərdə beynəlxalq standartlara uyğun yüksəksəviyyəli daşımaların təşkili məqsədilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ticarət və köməkçi neft flotiliyasının yenilənməsini nəzərdə tutur.
Proqrama əsasən, onun həyata keçirilməsi nəticəsində AXDG kommersiya cəhətdən səmərəli fəaliyyət göstərən və gələcəkdə özünü sərbəst maliyyələşdirməklə dövlət büdcəsinə gəlir gətirən nüfuzlu gəmiçilik şirkətinə çevriləcək.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin maliyyələşmə mənbələri cəmiyyət tərəfindən birbaşa və ya dövlət zəmanəti ilə alınan kreditlər; qiymətli kağızlar, dövlət büdcəsinin vəsaiti və qeyri-profilli aktivlərin satışından daxilolmalardır.
Qarşıdakı 2-4 ildə Zığ və Bibiheybət gəmiqayırma zavodları modernləşdiriləcək. 08D
-
- İqtisadiyyat
- 8 Noyabr 2016 10:07
-
- İqtisadiyyat
- 8 Noyabr 2016 10:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz