«Azərqarant» sığorta şirkəti banklara etibar etmədiyindən bağlanır
“Azərqarant” sığorta şirkətinin səhmdarları şirkətin ləğvi barədə qərar qəbul ediblər. Bunu Turan-a şirkətin İdarə Heyətinin sədri Rəşad Məmmədov bildirib.
Onun sözlərinə görə, şirkətin bağlanmasına əsas səbəb kommersiya bankları ilə yaranmış vəziyyətdir.
“Bizim vəsaitin böyük hissəsi Atrabankda depozit şəklində yerləşdirilib. Bank bağlanandan sonra biz kapitalla bağlı problemlə üzləşməli olduq”, - o bildirib.
R.Məmmədov qeyd edib ki, onlar gələcək fəaliyyət üçün vəsait tapa bilər. Ancaq bank sisteminə inamsızlıq onları son tədbirə əl atmağa vadar edib ki, bu da şirkətin ləğvidir.
“Təkcə 2016-cı ildə 10 bank bağlanıb. Biz bank sisteminə etibar etmirik. Vəsait tapıb hansısa bankda yerləşdirə bilərik. Ancaq birdən həmin bank bağlansa, onda necə olacaq? Odur ki, fəaliyyətimizi dayandırmağı qərara aldıq”, - R.Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq məktub göndərilib.
“Azərqarant” 1997-ci ildən fəaliyyət göstərib. Şirkətdə 12 əməkdaş çalışıb. Şirkətin nizamnamə kapitalı 5 mln. 610 min manat təşkil edib. 71В
-
- İqtisadiyyat
- 8 Noyabr 2016 10:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz