2016-cı ildə xarici borclar üzrə ödənişlər 61% artacaq
2015-ci il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanın xarici borcu $6,6 mlrd. təşkil edir. Bu, ilin əvvəlində olduğundan 1,8% və ya təxminən $120 mln. çoxdur.
Əgər ilin əvvəlində xarici borcun ÜDM-ə nisbəti 8,6% olmuşdusa, birinci yarımilin sonunda bu göstərici 12,2%-dək artıb. Bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinə dair proqnoz və 2016-cı ildə və qarşıdakı 3 ayda sosial-iqtisadi inkişaf haqqında sənədində deyilir.
Ölkənin hər sakininə $686,5 xarici borc düşür.
Gələn il xarici borcun ödənilməsinə dövlət büdcəsindən rekord həcmdə vəsait – 1 mlrd. 249,7 mln. manat yönəldiləcək. Bu 2015-ci ildə olduğundan 473,5 mln. manat və ya 61% çoxdur.
Dövlət kommersiya şirkətlərinin ( “Azərişıq” , “Azəralüminium” və “Azerbaijan Airlines”) kreditlər və onların faizləri üzrə öhdəlikləri də dövlət büdcəsinin hesabına yerinə yetirilir.08D
-
- İqtisadiyyat
- 16 Sentyabr 2015 17:40
-
- İqtisadiyyat
- 16 Sentyabr 2015 17:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz