2016-cı ildə Neft Fondunun xərcləri gəlirlərindən 22,1% çox olub
Azərbaycan hökuməti Neft Fonduna 5 mlrd 711,6 mln manat mədaxil gözləyir. Fond il ərzində 1 mlrd 488,4 mln manat çox xərcləyəcək, deyə Maliyyə Nazirliyi bildirir.
Gələn il Fondun gəlirləri bu ilkinə nisbətən 3 mlrd 534,1 mln manat (-34,5%) azalacaq. Xərclər il ərzində 4,1 mlrd manat və ya 33,4% az olacaq.
Fonddan dövlət büdcəsinə transfertlər 6 mlrd manat təşkil edəcək. Bu, 2015-ci ildəkindən 2 mlrd 130 mln manat, 2014-cü ildəkindən 4 mlrd 388 mln manat azdır. Maraqlıdır ki, hökumət bu tendensiyası neft amilindən asılılığın azaldılması siyasəti kimi təqdim edir.
Sosial-iqtisadi layihələrin maliyyələşməsinə ARDNF ehtiyatlarından 2 150,5 mln manat xərclənəcək.
2015-ci il iyulun 1-i üçün ARDNF-nin resursları $35,8 mlrd təşkil edir. 08D
-
- İqtisadiyyat
- 16 Sentyabr 2015 17:42
-
- Siyasət
- 16 Sentyabr 2015 17:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz