2016-cı ilin I rübündə AÇG neftinin sutkalıq hasilatı 1,5% azalıb

2016-cı ilin I rübündə Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində orta sutkalıq hasilat 651 min barrel olub. Bu göstərici ötən ilin eyni dövründəkindən 10 min barrel və ya 1,51% azdır. Bu barədə BP-Azerbaijan şirkətinin rüblük hesabatında bildirilir.

2016-cı ilin I rübündə AÇG-də hasilat həcmi 59,2 mln barrel və ya 8 mln ton olub. Ötən ilin I rübündə bu göstərici 59,5 mln barrel və 8,08  mln barrel olub.

Hasilat həcmini sabitləşdirmək üçün konsorsium neft quyularına səmt qazı vurulmasını 42.3% artırıb, 5 istismar və 2 suvurma quyusu qazıb. 

BP-Azerbaijan-ın məlumatına görə, şirkət 2016-cı ilin I rübündə AÇG bloku üzrə xərcləri ötən ilin eyni dövrünə nisbətən 15,4% – $533 mln-dək azaldıb.

2016-ci ilin I rübündə layihə çərçivəsində əməliyyat məsrəfləri təqribən 137 milyon dollar, əsaslı məsrəflər isə 396 milyard dollar təşkil edib.

2016-ci ilin I rübündə “Çıraq” özülündən sutkada 46 min barrel (2015-ci ilin I rübündə 54 min barrel), «Mərkəzi Azəri»də – 155 min bar/sutka (159 min bar/sutka),  «Qərbi Azəri»də 116 min bar/sutka (129 min bar/sutka), «Şərqi Azəri»də  69 min barrel (71 min bar/sutka), «Dərinsulu Günəşli»də 139 min bar/sutka (149 min bar/sutka), «Qərbi Çıraq»da 126 min bar/sutka (99 min bar/sutka) neft çıxarılıb.

AÇG yatağından neft hasilatı 2015-ci ildə 31,3 mln ton olub.

AÇG-nin işlənməsi üzrə müqavilə 20 sentyabr 1994-cü ildə bağlanılıb, 12 dekabrda qüvvəyə minib.

* Xatırladaq ki, AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) iştirak payına malikdir.

“Çıraq” yatağında hasilat 1997-ci ilin noyabrında, «Mərkəzi Azəri»də 13 fevral 2005-ci ildə, «Qərbi Azəri»də 30 dekabr 2005-ci ildə, «Şərqi Azəri»də  21 oktyabr 2006-cı ildə, «Dərinsulu Günəşli»də 2008-ci ilin aprelində, «Qərbi Çıraq»da 29 yanvar 2014-cü ildə başlayıb. –12B--

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti