23,5 min ton balıq tutmağa icazə verilib
2015-ci ildə balıq ovu şirkətləri və fiziki şəxslərə sututarları və Xəzərdə 23,5 min ton balıq tutmağa icazə veriləcək. Amma ötən ilin təcrübəsi göstərir ki, balıqçıların vəziyyəti kağız üzərindəki kimi yaxşı deyil.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentində Turan-a deyiblər ki, kvotalar Balıqçılıq və Zoologiya ETİ-nin tədqiqatları əsasında müəyyən edilib.
Bu il Xəzərdə 115 ton çapaq, 255 ton kütüm, 1000 ton kefal, 70 ton müxtəlif, 20 min ton kilkə, 2 min ton siyənək tutmağa icazə verilib.
Daxili sututarlarda sıx torla tutulan balıqlara 67,7 tonl limit qoyulub. O cümlədən Mingəçevir su anbarında 57,7 ton, Şəmkirçay su anbarında 10 ton. İl ərzində bu limitlərə yenidən baxıla bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2014-cü ildə 13 hüquqi və 226 fiziki şəxsə balıq ehiyatlarından sənaye məqsədlərilə istifadə etmək hüququ verilib. Onlar 192,5 ton kilkə, 20 000 349,2 ton siyənək və 753,6 ton sıx torla tutulan balıq növləri tutub. Elmi və çoxaltma məqsədi ilə 4,5 ton nərə balığı tutulub.
Azərbaycanda balıq bazarına “Caspian Fish co. Azerbaijan” şirkəti nəzarət edir. O, qeyri-rəsmi şəkildə balıq idxalına da nəzarət edir. 08B
-
- İqtisadiyyat
- 10 Fevral 2015 12:34
-
- İqtisadiyyat
- 10 Fevral 2015 12:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz