Şəxsi torpaqların satışına məhdudiyyət qoyulub
Azərbaycanda fərdi yaşayış evi tikintisi məqsədilə alınmış torpaq hissələrinin özgəninkiləşdirilməsinə məhdudiyyətlər nəzərdə tutan qanunvericilik aktı qüvvəyə minib.
Dövlət başçısının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanununun tətbiqi haqqında 2 fevral tarixli sərəncamına əsasən, mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır
İctimai müzakirələr göstərir ki, çoxları məsələnin belə qoyulması ilə razıdır. Belə ki, bir çox hallarda torpaq spekulyasiya predmetinə çevrilir ki, bu da bazarda torpaq qiymətlərinin və bununla əlaqədar mənzil, inşaat materialları və s. qiymətlərinin süni şəkildə artırılmasına gətirib çıxarır.
Eyni zamanda hüquqşünaslar hesab edirlər ki, torpaq satışına qanunvericiliklə qoyulan məhdudiyyətlər Mülki Məcəllədə nəzərdə tutulmuş mülkiyyət hüquqlarına ziddir. Bəzi konkret hallarda (mülkiyyətçinin daimi əsaslarla ölkəni tərk etməsi) bu, çətinliyə səbəb ola bilər. Onların fikrincə, torpaq alqı-satqısı üzrə sövdələşmələrdə spekulyasiyalara qarşı yüksək vergilər tətbiq etməklə də müzakirə aparmaq olar. -08B-
-
- İqtisadiyyat
- 10 Fevral 2015 12:37
-
- İqtisadiyyat
- 10 Fevral 2015 12:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz