26 avqustda DSMF sədri şimal-qərb bölgəsində şikayətçiləri qəbul keçirəcək
Şimal-qərb bölgəsinin sakinləri gələn həftə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümova şikayət və təkliflərini çatdıra biləcək.
DSMF-nin məlumatında deyilir ki, vətəndaşların qəbulu 26 avqust 2013-cü il tarixdə, saat 10:00-da Fondun Oğuz rayon şöbəsinin inzibati binasında olacaq. Qəbula öncədən yazılmaq lazmdır. Əlavə məlumat almaq üçün info@sspf.gov.az elektron poçt ünvanına müraciət etmək olar. Telefon nömrələri: Fondun Aparatında (012) 434-12-34; Şəki şəhər şöbəsində (024) 244-89-20; Mingəçevir şəhər şöbəsində (024) 274-26-62; Balakən rayon şöbəsində (024) 295-32-17; Qax rayon şöbəsində (024) 255-22-44; Zaqatala rayon şöbəsində (024) 225-68-88; Oğuz rayon şöbəsində (024) 215-34-73; Qəbələ rayon şöbəsində (024) 205-06-99. --17D—
-
- İqtisadiyyat
- 19 Avqust 2013 12:31
-
- Foto sessiyalar
- 19 Avqust 2013 12:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz