QK emissiyası 0,7% azalıb
2013-cü ilin I yarısında Azərbaycanda ümumi nominal qiyməti 2 263,1 mln manat olan dövlət və korporativ qiymətli kağızlar buraxılıb. Bu, 2012-ci ilin eyni dövründəkindən 0,7% azdır, deyə Dövlətstatkomda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən Turan-a bildiriblər.
QK strukturunda səhmlərin xüsusi çəkisi I yarımildə 33,6% (760 mln manat), AMB notları 34,5% (780 mln manat), dövlət istiqrazları 26,5% (600 mln manat), korporativ istiqrazlar 5,1% (116 mln manat) olub. Bu dövr ərzində Mərkəzi Bankın 180,0 milyon manatlıq notları, 172,0 milyon manatlıq səhmlər və 170,8 milyon manatlıq korporativ istiqrazları yerləşdirilib.
İyulun əvvəli üçün nominal dəyəri 106,1 milyon manatlıq olan səhm, 8,9 milyon manatlıq dövlət istiqrazı, 44,0 milyon manatlıq Mərkəzi Bankın notları və 173,6 milyon manatlıq korporativ istiqrazları tədavüldə olub.
DSK-nın məlumatına görə, səhm emissiyası 2012-ci ilin eyni dövrü ilə müqayisədə 42,7%, 2011-ci ilin eyni dövrü ilə müqayisədə 42,4% azalıb. Bu il korporativ istiqrazların buraxılışı 3,5 dəfə artıb. Amma 2011-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 22,1% azalıb. --08D--
-
- Cəmiyyət
- 19 Avqust 2013 12:27
-
- İqtisadiyyat
- 19 Avqust 2013 12:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz