4 kredit ittifaqının lisenziyası ləğv edilib
4 kredit ittifaqının – «Aslanlı», «Mıxlıqovaq», «Maliyyə Kredit Ittifaqı» və «Nofəl Kredit Ittifaqı» lisenziyası ləğv edilib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, kredit ittifaqlarının lisenziyaları 2013-cü il ərzində auditor rəyi ilə təsdiq olunmuş maliyyə hesabatını, eləcə də son iki hesabat dövrü ərzində fəaliyyətlərinin yekunlarına dair hesabatı üzrsüz səbəbdən AMB-yə təqdim etməmələri ilə əlaqədar ləğv edilib.
"Aslanlı" kredit ittifaqı (Yardımlı rayonunda fəaliyyət göstərir) 2 iyul 2004-cü ildə, "Mıxlıqovaq" kredit ittifaqı (Qəbələ rayonu) 30 iyun 2006-cı ildə, "Maliyyə Kredit İttifaqı" (Bakı, Xəzər rayonu) 18 fevral 2011-ci ildə, "Nofəl Kredit İttifaqı" (Şəki şəhəri) 23 may 2011-ci ildə fəaliyyət üçün lisenziya əldə edib.
Kredit ittifaqlarının lisenziyalarının ləğv edilməsinə dair AMB-nin qərarı 28 oktyabr tarixində qəbul edilib. Qərar qəbul edildikdən 10 gün sonra qüvvəyə minir.
Bu kredit ittifaqlarına ləğvetmə komissiyası yaratmaq tapşırılıb.
AMB-nin məlumatına görə, 1 oktyabr 2014-cü il tarixinə 113 kredit ittifaqı fəaliyyət üçün lisenziyaya malikdir. --17D—
-
- İqtisadiyyat
- 3 Noyabr 2014 13:02
-
- Cəmiyyət
- 3 Noyabr 2014 13:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz