SKMF-nin 3 rüblük hesabatı
Sahibkarlığa Kömək Milli Fondu yanvar-sentyabrda sahibkarlara 4 min 21 layihə üzrə 237 mln 271,9 min manat güzəştli kredit verib.
Fondun məlumatına görə, bu, ötən ilin eyni dövründəkindən (245 mln 198 min manat) 3,2% azdır. Layihə sayı artıb, belə nəticəyə gəlmək olar ki, kredit həcmi azalıb.
Müxtəlif sənaye məhsullarının istehsalı və emalı üzrə 148 layihəyə 38 mln 656 min manat, kənd təsərrüfatı məhsullarının emalı üzrə 8 layihəyə 18 mln 191 min manat, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 135 mln 837,9 min manat (4 min 49 layihə), xidmət (infrastruktur) sahələrinin inkişafına 44 mln 587,5 min manat (13 layihə) yönəldilib.
İlin 9 ayında 182 mln 520,5 min manat məbləğində 51 böyük həcmli kredit (1 mln və çox), 5 mln 638 min manat məbləğində 35 orta (1 mln-dək), 49 mln 113,4 min manat məbləğində 4 132 kiçik kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 46 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2013-ci ildə Fond 4500 layihəyə 275 mln manat güzəştli kreditlər verib. 2014-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 280 mln manata çatacaq. Son illər saxta sahibkarlıq təsərrüfatları vasitəsilə müvəkkil bankların milyonlarla vəsaiti mənimsəməsi barədə qalmaqallar yaranıb. --17D—
-
- Cəmiyyət
- 3 Noyabr 2014 12:58
-
- İqtisadiyyat
- 3 Noyabr 2014 13:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz