4342 pambıqçılıq və tütünçülük subyektinə subsidiya verilib
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin rəhbərlik etdiyi Respublika Komissiyası fevralın 10-da pambıq və tütün istehsalçılarına subsidiya verilməsi barədə qərar verib. Cəmi 31 rayonda 4145 pambıq istehsalçısı və 197 tütün istehsalçısına subsidiya veriləcək.
2016-cı ildə hökumət pambıqçılıq və tütünçülük üzrə subsidiya verilməsi qaydalarını dəyişib. Əvvəllər subsidiya əkin sahəsinə görə ayrılırdı, bu ildən emal zavoduna satılan xammaldan asılıdır. Bu, istehsal həcmini və dövlət yardımının ünvanlılıq səviyyəsini artırır, deyə Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər.
Hər kq pambığa görə istehsalçılar 10 qəpik, 10 kq qurumamış tütün üçün 5 qəpik, 1 kq qurudulmuş tütün üçün 5 qəpik alır.
Pambıq istehsalçılarına verilən subsidiya 8 mln 872,8 min manat, tütün istehsalçılarına verilən subsidiya 96,3 min manat təşkil edəcək. 08D
-
- Aktual Reportaj
- 13 Fevral 2017 13:52
-
- İqtisadiyyat
- 13 Fevral 2017 14:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz