Bu ilin iyulunda Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” blokundan mənfəət neftinin satışından gəlirləri 7,7% və ya $39 mln azalaraq $465 mln olub.
ARDNF mətbuat xidmətində Turan-a bildiriblər ki, ilin 7 ayında AÇG layihəsi çərçivəsində ARDNF-yə $2 mlrd 770 mln daxil olub.
Konsorsiumun proqnozuna əsasən, sentyabrdan AÇG layihəsi çərçivəsində hasilat azalacaq, IV rübdə bu, Fondun gəlirlərinə təsir edəcək.
2016-cı ildə Neft Fondunun AÇG-dən gəlirləri.
|
Aylar |
Dövlətin AÇG-dən mənfəəti (mln$) |
BTC FOB Ceyhan-ın orta qiyməti ( $/barr) |
|
Yanvar |
442 |
32,33 |
|
Fevral |
348 |
33,43 |
|
Mart |
347 |
39,80 |
|
Aprel |
356 |
43,02 |
|
May |
308 |
48,11 |
|
Iyun |
504 |
49,41 |
|
Iyul |
465 |
46,95 |
|
Cəmi |
2770 |
41,86 |
2001-ci ildən 1 avqust 2016-cı ilə kimi Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” blokundan mənfəət neftinin satışından gəlirləri $119 mlrd 779 mln olub. --12B--
Rəy yaz