1997-ci ildən AÇG-dən 3 mlrd barrel neft çıxarılıb – BP
“Azəri-Çıraq-Günəşli” blokunda hasilat başlanılandan (noyabr 1997-ci ildən 15 avqust 2016-cı ilədək) 3 mlrd barrel (405 mln ton) neft çıxarılıb, deyə BP-Azerbaijan şirkəti məlumat verir.
«Bu, istər Azərbaycan, istərsə də BP üçün mühüm gündür», –BP-Azerbaijan prezidenti Qordon Birrelə istinadən bildirilir.
Azəri-Çıraq-Günəşli” blokunda hasilat üzrə saziş 20 sentyabr 1994-cü ildə bağlanılıb.
Layihə iştirakçıları bunlardır: BP (35,78% - operator), Chevron (11,27%), ExxonMobil (8%), ONGC (2,72%), SOCAR (11,65%), Inpex Corp. (10,96%), ITOCHU Oil (4,3%), Statoil (8,56%), TPAO (6,75%).
* “Çıraq” yatağından hasilat 1997-ci ilin noyabrından, “Mərkəzi Azəri”dən 13 fevral 2005-ci ildən, “Qərbi Azəri”dən 30 dekabr 2005-ci ildən, “Şərqi Azəri”dən 21 oktyabr 2006-cı ildən, “Dərinsulu Günəşli”dən 2008-ci ilin aprelindən, “Qərbi Çıraq”dan 29 yanvar 2014-cü ildən həyata keçirilir.—12D-
-
- Analitika
- 17 Avqust 2016 11:30
-
- İqtisadiyyat
- 17 Avqust 2016 11:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz