9 ayda Neft Fonduna daxilolmalar $46 milyona yaxın artıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 10 131,9 milyon manat gəlir əldə edib. Ötən ilin müvafiq dövründə bu göstərici 10 086,0 milyon manat olmuşdu. Bu haqda Dövlət Neft Fondunun bu gün açıqladığı məlumatda bildirilir.
9 ayda Neft Fondunun gəlirlərinin müqayisəli təsnifatı
Gəlirlərin təsnifatı | 2014-cü il yanvar-sentyabr | 2013-cü il yanvar-sentyabr |
neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri | 9 969,6 milyon manat | 9 774,8 milyon manat |
o cümlədən mənfəət neftinin və qazın satışından | 9 947,8 milyon manat | 9 766,8 milyon manat |
tranzit gəlirləri | 6,8 milyon manat | 6,0 milyon manat |
akrhesabı ödənişlər | 1,7 milyon manat | 1,7 milyon manat |
bonus ödənişləri | 13,3 milyon manat | 0,3 milyon manat |
Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər | 162,3 milyon manat | 311,2 milyon manat |
Turan-ın araşdırması göstərir ki, cari ildə Neft Fondunun gəlirləri mənfəət neftinin və qazın satışı maddəsi üzrə 181 milyon manat artıma malik olub. O cümlədən, bonus ödənişləri və tranzit gəlirlərində də müəyyən artımlar olub. Ancaq Neft Fondunun vəsaitlərinin idarə edilməsində demək olar ki, gəlirlər iki dəfə azalıb. –12B—
-
- İqtisadiyyat
- 21 Oktyabr 2014 05:39
-
- İqtisadiyyat
- 21 Oktyabr 2014 05:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz