9 müflis bankın müfəssəl ləğv planları hazırlanıb
Əmanətlərin Sığortalanması Fondu 9 müflis olmuş bankın - “Atrabank” ASC, “Kredobank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Texnikabank” ASC, “Zaminbank” ASC, “Royal Bank” ASC, “Gəncəbank” ASC, “Bank Standard” KB QSC-nin müfəssəl ləğv planlarını hazırlayıb.
Turan-ın məlumatına görə, bankların müfəssəl ləğv planları müvafiq məhkəmə instansiyalarına təqdim olunub.
Müfəssəl ləğv planları bankın aktivlərini və passivlərini göstərən maliyyə hesabatını, bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatları, bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar hərəkətlər haqqında hesabatı və s. məlumatları özündə əks etdirir. 71D
-
- Siyasət
- 3 Fevral 2017 22:35
-
- İqtisadiyyat
- 4 Fevral 2017 10:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz