ABB Bankı dünyanın ən dayanıqlı 1000 bankı sırasındadır
Böyük Britaniyanın nüfuzlu “The Banker” jurnalı Azərbaycan Beynəlxalq Bankını dünyanın ən dayanıqlı 1000 bankı sırasına daxil edib.
Jurnalın reytinqində ABB aktivlərinin həcminə, kapitalın adekvatlıq əmsalına, kapitalın və aktivlərin gəlirliliyinə görə Mərkəzi və Şərqi Avropa ölkələrinə aid ən yaxşı bankların ilk 25-liyində təmsil olunur.
Renkinq cədvəlinin şərh hissəsində “TheBanker” jurnalı ölkəmizin bu regional renkinqin TOP-25-də (Rumaniyanın Transilvania Bankı və Bank of Georgia ilə birgə) ilk dəfə nominant olduğunu xüsusi qeyd edir. Bundan əlavə, Azərbaycan Beynəlxalq Bankı I dərəcəli kapitalının artım tempinə görə Mərkəzi və Şərqi Avropa banklarının ilk onluğuna daxil olaraq region üzrə dördüncü yeri tutub.
Qeyd edək ki, 2015-ci ildə ABB-nin bölünməmiş ziyanı 744,7 mln manata çatıb. Ötən il bankın aktivləri dövlət yardımı hesabına 48% artaraq 13 mlrd 657 mln manata çatıb. Bank bu il maliyyə hesabatını açıqlamayıb. --08D—
-
- Cəmiyyət
- 19 İyul 2016 15:00
-
- İqtisadiyyat
- 19 İyul 2016 15:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz