Yük tranziti 32,9% azalıb
Orta Asiya neftinin daşınma həcminin düşməsi ilə bağlı TRACECA beynəlxalq dəhlizi ilə Azərbaycandan yük tranziti xeyli azalıb. Yanvar-mayda tranzit yüklərin həcmi 32,9% azalıb.
Dövlətstatkomun məlumatına görə, ilin 5 ayında Azərbaycan ərazisi ilə 2 mln 890 min ton yük daşınıb. Su nəqliyyatı ilə tranzit daşımaları (1 452,4 min ton) iki dəfə, dəmir yolu ilə tranzit daşımaları (1 437,6 min ton) 4,9% azalıb.
Azərbaycan quru yük daşınmasını artırmaq üçün Ələtdə beynəlxalq limanın tikintisini davam etdirir. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara veriləcəyi gözlənilir. Paralel olaraq, ilin sonuna Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Bakı-Astara-Astara-Rəşt-Qəzvin dəmir yolu xəttinin Azərbaycan sahəsinin tikintisinin başa çatacağı gözlənilir. -08D-
-
- İqtisadiyyat
- 19 İyul 2016 15:12
-
- Siyasət
- 19 İyul 2016 16:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz